Böyük Quruluş Partiyasının başqanı, Milət vəkili Fazil Mustafa Türkiyənin Van vilayətində baş vermiş zəlzələ ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfiri Hulisi Kılıca başsağlığı məktubu göndərib. Fazil Mustafa məktubda 23 oktyabr tarixində Van vilayətində baş vermiş 7,2 böyüklüyündə zəlzələ nətisəində coxsaylı insan təlafatı səbəbiylə səfirə və onun şəxsində Türkiyə Cumhuriyyeti dövlətinə və türk xalqına başsağlığı dileklerini çatdırıb, həlak olanlara Allahdan rəhmət, yaralılara isə acil şəfalar arzu etdiyini bildirib.