ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTIHB) Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı yekun hesabatını açıqlayıb.

Nəticələrlə bağlı ilk rəy seçkilərdən bir gün sonra - aprelin 12-də elan olunub.

Qeyd edək ki, ATƏT/DTİHB-nin seçki müşahidə missiyası martın 9-dan Azərbaycanda fəaliyyətə başlayıb. Missiyanın rəhbəri Koryen Yonker olub. Seçki prosesini izləmək üçün 30 uzunmüddətli və səsvermə gününü izləmək üçün 280 müşahidəçi Bakıya gəlib.

Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçirilib.