Tahir Abbaslı: ?Liviyada "inqilab"ı sona çatdıran güc ölkələri Qəzzafinin yığdığı sərvətlərdən bazqa, ölkə büdcəsini də ələ k
?Biz hələ Livyada radikal müxalifətin Qəzzaffi hakimiyyətinə qarşı hücumu başlananda sonun belə faciəli olacağını demişdik. Çünki bu cür "inqilab"lar demokratiyaya aid prose kimi deyil avantüra xarakteri daşıyır?.
Bu fikirləri AİDP sədri Tahir Abbaslı Liviyanın devrilmiş lideri Müəmmar Qəzzafinin ölümü ilə bağlı açıqlama verərkən bildirib. Onun fikrincə Livyada eləcə də yaxın şərqdə demokratik islahatlara ehtiyac və zərurət olsa da bu proses silah gücünə və dağıdıcılıqla keçməməli idi: ?Biz əvvəldən Livya xalqının çox ağır itki ilə üzləşəcəyi qənaətindəydik. Demokratiyanın düşüncələrdə hakim olacığını görmürdük. Məsələ burasındadır ki, Qəzzafi 42 il öz xalqını diktatura rejimində yaşadıb. Livya xalqı hələ də ərəb müsəlman dünyasında qəbilə kimi yaşadığından burada demokratik dövlət qurulacağı mümkünsüz görünür. Çünki əvvəl xalqın düşüncəsi növbəti prosesləri görməyə və yaşamağa hazır edilməliydi?.
İraqda, Əfqanıstanda, Tunisdə, Misirdə baş verən prosesləri xatırladan AİDP sədri hesab edir ki, bu ölkələrin heç birində demokratiya qurulmadı: ?Yəməndə və Suriyada da belə olacaq. Büdcəsi və dövlətçiliyi öz ixtiyarında olmayan xalqların taleyi bundan artıq ola bilməz. Liviyada "inqilab"ı sona çatdıran güc ölkələri Qəzzafinin yığdığı sərvətlərdən başqa, ölkə büdcəsini də ələ keçirəcək. Nəticədə borc və düşmənçilik içində boğulan Livya xalqı yabançı kapitallardan aslı olmağa və onların qapısına getməyə məhkumdu?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50