929 nəfərin namizədliyi qeydə alınıb
Noyabrın 30-da bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün 67 seçki dairəsi və 232 bələdiyyə üzrə 929 nəfərin namizədliyi qeydə alınıb. Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, ümumilikdə 1519 nəfər imza vərəqi götürüb. Onlardan 1206 nəfəri imza vərəqələrini qaytarıb.
Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə sentyabrın 30-dan başlanılıb. Bələdiyyə üzvlüyünə namizədliyini 21 yaşı tamam olmuş, müvafiq bələdiyyənin ərazisində yaşayan Azərbaycan Respublikasının vətəndaşları, həmçinin seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları irəli sürə bilər.
Seçki 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.
Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51