Rusiya Prezidenti Vladimir Putin İranın Ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti ilə görüşüb.
Görüş Putinin Novo-Oqarevo iqamətgahında baş tutub. Görüşdə Rusiya Xarici İşlər naziri Sergey Lavrov da iştirak edib.
Qeyd edək ki, Vilayəti-Putin görüşü dünən baş tutan Netanyahu-Putin görüşündən dərhal sonra keçirilib.
Onu da qeyd edək ki, Netanyahu Putinlə görüşü haqda Feysbuk-da açıqlama verib.
Onun sözlərinə görə, Rusiya Prezidenti ilə önəmli görüşü oldub: "Görüşdə İsrailin qəti mövqeyini bildirdim. Biz İranın Suriyada istənilən fəaliyyətinə qarşıyıq”/Axar.az.