Böyük Quruluş Partiyasının başqanı, Milət vəkili Fazil Mustafa Türkiyənin Hakkari bölgəsində PKK terrorçuları tərəfindən 24 əsgərin şəhid edilməsi ilə nəticələnən hadisə ilə əlaqədar qardaş ölkənin Azərbaycandakı səfiri H.Kılıca başsağlığı məktubu göndərib. Məktubda, səfirin şəxsində türk millətinə, Türkiyə Cumhuriyyəti dövlətinə və Türkiyə hökumətinə onların acılarını paylaşmaqla başsağlığı verilir və qüdrətli Türkiyə dövlətinin sıxıntılı günlərinin tezliklə arxada qalacağına inam ifadə olunur.