TürkPA-nın baz katibi hesabat verəcək
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov Türkdilli Ölkələrin Dövlət Başçılarının oktyabrın 20-21-də Qazaxıstanda keçiriləcək sammitində iştirak edəcək. R.Həsənovun Xarici İşlər Nazirlərinin toplantısında və Azərbaycan, Qazaxıstan, Qırğız və Türkiyə respublikaları prezidentlərinin iştirak edəcəyi sammitdə TürkPA-nın bir illik fəaliyyəti ilə bağlı hesabatla çıxışı nəzərdə tutulub.
TürkPA katibliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində R. Həsənovun Türk Dövlətləri Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı və TÜRKSOY-un baş katibi Düsen Kaseinovla görüşləri də planlaşdırılır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50