İranın Suriyadan gedəcəyini gözləmək qeyri-realdır.
Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, İran Yaxın Şərqdə oynadığı roldan imtina etməyəcək:
"İranın Suriyadan gedib, öz sərhədləri çərçivəsində qalması nəticəsində rifah olacağını düşünürlər. Aydındır ki, bu, qeyri-realdır. Yaxın Şərqi İran, Səudiyyə Ərəbistanı, İordaniya, Misir və digər bir çox ölkənin iştirakı olmadan həll etmək mümkün olmayacaq”.
Axar.az