Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Daxili Qoşunlarını işğal altında saxlanılan Dağlıq Qarabağ torplaqlarına yeridib.
Ermənistanın "Qrapark” qəzetinin yazdığına görə, Daxili Qoşunlar işğalçı qüvvələrə dəstək məqsədilə bölgəyə göndərilib. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Ermənistanın baş naziri Nikol Paşinyanın bu cür addımına sərt reaksiya verib.
Bayram Səfərov Modern.az-a açıqlamasında deyib ki, Paşinyan daxildə xalqına verdiyi vədləri yerinə yetirə bilmədiyindən, müxtəlif yollara əl atmaqla məşğuldur:
Bayram Səfərov baş nazir Paşinyanın Azərbaycanı hədələyən açıqlamalar verməsinə də münasibət bildirib.
"Paşinyan bizim nəyimizi hədələyəcək ki?! Onun nəyi var ki! Aşığın sözü qurtaranda "dalay-dalay” deyir. İndi Paşinyan da özü üçün "dalay-dalay” edir. "Dalay-dalay” da qurtarandan sonra hücum etməyə başlayacaq. Çox yaxşı. Etsinlər. Ordumuz onların qarşısında dayanıb. Paşinyanın cavabını verəcəyik. Lazım gəlsə, bir az da irəli gedəcəyik”.