AŞPA-nın yeni sədri məlum oldu
Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında qurumun türkiyəli sədri Mövlud Çavuşoğlunun səlahiyyət müddəti başa çatır. Onu Fransanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Jan-Klod Mino əvəz edəcək. O, 2012-2014-cü illərdə AŞPA sədri olacaq.
Mövlud Çavuşoğlu AŞPA sədri vəzifəsinə 2010-cu il yanvarın 25-də seçilib. O, 1968-ci il fevralın 5-də Alanyada anadan olub. Ankara Universitetini bitirib. ABŞ-da magistr, Böyük Britaniyada doktorluq dərəcəsi alıb. Hakim Ədalət və İnkişaf Partiyasının qurucu üzvüdür.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50