Obama və Ərdoğan İranın nüvə proqramıyla əlaqədar BMT-dəki sanksiya qərarından əvvəl telefon əlaqəsində sözləri çəpləşib. Beləki, Obama Türkiyə baş nazirinə deyib ki, "İran mövzusunda, uran müqaviləsi məsələsində səhvə yol verdiniz". "İranı niyə qoruyursunuz" deyə soruşub. Ərdoğan isə "Mən İranı qorumuram, ancaq siz İsrailin vəkilliyini edirsiniz", - deyə cavab verib. Əhməd Davutoğlu, rəsmi səfər üçün Ankarada olan İsveçin xarici işlər naziri Karl Bildt ilə görüşdən sonra birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan və Obamanın İran mövzusunda sözlərinin çəpləşməsinə münasibət bildirən Davutoğlu deyib ki, "Türkiyə-ABŞ əlaqələri, Türkiyə-Orta Şərq əlaqələri məzmununda xarici işlər naziri olaraq partiyamızın üzvlərini məlumatlandırmışam. Obama ilə Ərdoğan arasında çox yaxın dostluq və açıq müşavirə zəminini yaradan ünsiyyət kanalı mövcuddur. Amma mətbuata sızan məlumatlar tam həqiqəti əks etdirmir."