Müstəqillik gününə həsr olunmuz konsert keçirilib
Ötən gün Bakı şəhəri 6 saylı Musiqi məktəbində Dövlət Müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş böyük bayram konserti təşkil olunub. Məktəbin akt zalına toplaşmış qonaqlar qarşısında istedadlı Flamenko ifaçısı, 2010-2011-ci illlərdə ?Festival de la Jordoba? festivallarının iştirakçısı və diplomantı Cavid Ələkbərli çıxış edib.
İspaniyanın məhşur Flamenko sənətçiləri olan Manolo Sanlukar, Manolo Franko, Pako Serrano, Xose Antonio Rodriqezdən sənət dərsləri almış gənc ifaçı Cavid Ələkbərli çıxışında Bayatı-Şiraz muğamının improvizə etmiş, Flamenko üslubunda müxtəlif ispan ritmləri ifa etmişdir.
Gənc ifaçının çıxışı dəfələrlə tamaşaçıların sürəkli alqışları ilə müşayət olunmuş, Flamenko pərəstişkarlarının böyük marağına səbəb olmuşdur.
Konsert təşkilatçılarından olan 6 saylı musiqi məktəbindən bildirmişlər ki, əlamətdar bayram ərəfəsində keçirilən bu konsertdə gənc Cavid Ələkbərliyinin uğurlu çıxışı Azərbaycan-İspaniya mədəni əlaqələrinin möhkəmlənməsi və inkişafında yeni səhifələrdən biri olmuşdur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47