İctimai Palatanın üzvləri Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə bu gün Fəxri və Şəhidlər Xiyabanını ziyarət ediblər. Fəxri xiyabandan sonra İctimai Palatanın üzvləri Şəhidlər Xiyabanına doğru yürüş ediblər. Əraziyə polis dolu maşın gətirilsə də, müxalifətin yürüşünə maneçilik törədilməyib. Səbayıl rayon polis idarəsinin rəhbərliyi ilə danışıqdan sonra İctimai Palata üzvlərinin sərbəst hərəkəti üçün Fəxri xiyabandan Şəhidlər xiyabanınadək ərazinin bir hissəsində nəqliyyatın hərəkəti bir müddət məhdudlaşdırılıb.