Bu gün Azərbaycan İslam Partiyasının (AİP) idarə heyəti fövqəladə toplantı keçirib. MİA-nın xəbərinə görə, toplantıda 14 oktyabr 2011-ci il tarixdə bir qrup şəxsin ?günahsız islamçıların və digər vicdan məhbuslarının azadlığa buraxılması? tələbilə Ədliyyə Nazirliyinin qarşısında keçirdikləri dinc aksiyaya qiymət verilib. AİP idarə heyəti hesab edir ki, şərlənərək həbs olunan islamçılar və digər vicdan məhbusları tezliklə azadlığa buraxılmalıdırlar. Eyni zamanda onlar Ədliyyə Nazirliyinin qarşısında keçirilən aksiyanı müsbət qiymətləndiriblər: ?Hesab edirik ki, Azərbaycan cəmiyyətində artıq fəallıq hiss olunur. Cəmiyyətdə bir növ oyanış və hüquqi müstəvidə haqqını tələb etmək cəsarəti görünür?. Qeyd edək ki, aksiya zamanı heç bir qarşıdurma baş verməmiş və polisin kobud zorakılığı da qeydə alınmamışdır. Saxlanılan aksiya iştirakçıları da izahat verdikdən sonra sərbəst buraxılıblar.