2012-ci ilin dövlət büdcəsində sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün İpoteka Fonduna 20 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, fəaliyyətə başladığı dövrdən dövlət büdcəsindən İpoteka Fonduna 116 mln.manat vəsait ayrılıb. Sosial (güzəştli) ipoteka 4 faizlə 30 il müddətinə verilir. Bu növ kreditlərin maksimal həddi 35 min manatdır. Güzəştlər əsasında sosial ipotekadan şəhid ailəsinin üzvləri, milli qəhrəmanlar, məcburi köçkün və ya ona bərabər tutulan şəxslər, 3 ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxslər, elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxslər, 3 ildən az olmayan müddətdə hərbi xidmətdə olmuş hərbi qulluqçularun (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçularından başqa) istifadə etmək hüququ var.