?Bazak-inam Sığorta Şirkəti? ASC ?Gələcəyimizi Sığortalayaq? layihəsinin ikinci mərhələsinə start verdi
?Başak-İnam Sığorta Şirkəti? ASC və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Azərbaycan Respublikasında gənclərin sosial-iqtisadi həyatda fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərin həllini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 6 aprel 2011-ci il tarixdə imzalanan ?Azərbaycan gəncliyi 2011-2015-ci illərdə? Dövlət Proqramı haqqında Sərəncamını əsas tutaraq başlatdıqları ?Gələcəyimizi Sığortalayaq? layihəsi üzrə ikinci mərhələyə start vermişdir.
Layihə çərçivəsində seçilmiş 30 tələbə ?Başak-İnam Sığorta Şirkəti? ASC-nin təmənnasız olaraq təşkil etdiyi ?Ümumi Sığortaçılıq? təlimlərinə qatılacaq. Təlimlər həftədə 2 dəfə olmaqla 6 həftə davam edəcək, sonda imtahan qəbul ediləcəkdir. Layihənin məqsədinə uyğun olaraq imtahanı müvəffəqiyyətlə başa vurmuş tələbələr ?Başak-İnam Sığorta Şirkəti? ASC tərəfindən sertifikatla təmin olunacaq, xatirə hədiyyələri əldə edəcək və şirkətdə 3 aylıq təcrübə keçəcəklər.
Xatırladaq ki, layihənin birinci mərhələsi bu ilin aprel-may aylarında həyata keçirilmiş, bu mərhələdə müxtəlif universitetlərdən 12 tələbə təlimlərə qatılmış, sonda verdikləri imtahanın nəticələrinə görə sertifikatla təmin olunmuşlar. ?Başak-İnam Sığorta Şirkəti? ASC imtahanı uğurla keçmiş tələbələrin şirkətdə təcrübə keçməsi üçün müvafiq şərait yaratmışdır.
Təhsilimizə dəstək olaq- Gələcəyimizi Sığortalayaq!
?Başak-İnam Sığorta Şirkəti? ASC 9 avqust 1996-cı ildə Türkiyə tərəfdən Başak Sığorta AŞ və Azərbaycan tərəfdən 1994-cü ildə "Turanbank" ASC, "Aqrar-Kredit" SKT və fiziki şəxslərin təsis etdiyi ?İNAM? təkrarsığorta şirkətinin ortaqlığı ilə ?Başak-İnam Sığorta Şirkəti? Azərbaycan-Türkiyə Sığorta və Təkrarsığorta QSC adı altında təsis edilmişdir. Sonradan bu ortaqlığa ?AzərTürkBank? ASC-də qoşulmuşdur. 2006-ci ildən isə 111 il öncə Fransada yaradılmış, hal-hazırda dünyanın 15 ölkəsində fəaliyyət göstərən, A+: Standard & Poor?s reytinqli GROUPAMA SA Başak Sığorta AŞ-ni almaqla şirkətin ortaqları siyahısına qatılmışdır. 2008?ci ildə qəbul edilmiş ?Sığorta fəaliyyəti haqqında? qanuna əsasən 23.01.2009-cu il tarixdən şirkət öz təşkilati- hüquqi formasını QSC-dən ASC-yə dəyişmişdir. Hal-hazırda ?Başak-İnam Sığorta Şirkəti? ASC-nin ödənilmiş nizamnamə kapitalı 3 500 000 manat təşkil edir. Şirkət dördü icbari olmaqla 29 sığorta növü üzrə xidmət göstərir. Türk Standartları İnstitutu ?Başak-İnam Sığorta Şirkəti? ASC-nin Keyfiyyət İdarəetmə Sisteminin auditini həyata keçirmiş və tam standartlara uyğun olduğunu nəzərə alaraq TS-EN-ISO 9001:2008 sertifikatına layiq görmüşdür
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19