Azıq Samirə ilk albomunu təqdim etdi
İlk albomunu jurnalistlərə təqdim edən sənətçi albomunu da məhz "Aşiq" adlandırıb. Albomda müğənninin ifasında lentə alınmış "Misri", "Tello", "Gəl yarım", "İkinci bahar",
"Popuri", "Oyna", "Əyləncə", "Səhər-səhər", "Sayadı", "Gəlinimiz",
"Sevirsən" və "Yallı" mahnıları daxil edilib.
Müğənni albomun ona həyat yoldaşı tərəfindən ad günü hədiyyəsi olduğunu
söylədi: "29 sentyabrda 30 yaşım tamam oldu. Görürsüz də yaşımı
gizlətmirəm. Bu albomu da prodüser həyat yoldaşım, ömür-gün yoldaşım ad
günümə hədiyyə etdi. Sadəcə elə alındı ki, təqdimat bir balaca gecikdi".
Albomda müğənninin fərqli geyimlərdə, əsasən milli geyimlərdə çəkdirdiyi
fotosessiya yer alıb. Həmişə bağlı geyimlərdə görməyə öyrəşdiyimiz Aşıq
Samirənin dekoltedə çəkdirdiyi iki fotoşəkil hamının təəccübünə səbəb
oldu. Onun belə fotosessiya etməsinə həyat yoldaşı Rizvanın fikri olması
jurnalistləri daha çox təəccübləndirdi. Jurnalistlərin maraqlandıran bu
suala Rizvan belə cavab verdi: "Bəli, mənim fikrimcə, fotosessiyanın
maraqlı alınması üçün Samirənin belə geyimdə də olması lazımdır. Həm də
albomda estrada janrında mahnılar yer aldığından müasir imicdə təqdim
olunması normaldır. Əsas odur ki, Samirə özündə güc tapıb buna
razılaşdı. Çünki bu onun üçün ilk idi".
Prodüser ər Samirənin fərqli, özünəməxsus ifaçı olduğunu bu sözlərlə
ifadə etdi: "Bütün müğənnilər aşıq havası oxuya bilir, amma hər aşıq
Samirə kimi estrada oxuya bilmir".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47