İctimai Palatanın Ağdam rayon şöbəsi oktyabrın 12-də rayonun Qaradağlı kəndində dövlət müstəqilliyin bərpasının 20 illiyinə həsr olunmuş tədbir keçirib. Bu barədə əməkdaşlımıza məlumat verən İP Ağdam rayon şöbəsinin rəhbəri Hüseyn Behbudovun sözlərinə görə, tədbir iştirakçıları öncə Azərbaycanın azadlığı, istiqlaliyyəti və ərzi bütövlüyü uğrunda şəhid olanların xatirəsini yad ediblər. Daha sonra Müstəqllik Haqqında Konstitusiya Aktına imza atçış Arif Hacılının həbsinə münasibət bildirən tədbir iştirakçıları hakimiyyətin bu addımını pisləyiblər. Tədbir iştirakçıları müstəqlliyin bərpasınadn 20 il ötəndən sonra da rayon sakinlərinin təhlüksizlikləri ilə bağlı nigarançılıqlarının qalmasını yol verilməz hesab ediblər və ölkə rəhbərliyini təcili tədbirlər görməyə şağırıblar. Tədbirdə rayon sakinləri narahat edən məsələlərə də münasibət bildirilib. Rayon sakinlərinin içməli su və suvarma suları sarıdan korluq çəkdiyini qeyd edən tədbir iştirakçıları Ağdam Sukanal İdarəsinin və Subartezian Quyularının İstismarı İdarəsinin fəaliyyəti pisləyiblər. Tədbirdə Azərbaycan xalqına, respublika rəhbərliyinə və yerli hakimiyyət orqanlarına müraciətlər də qəbul olunub.