Xarici işlər naziri Elmar Məmmədyarov 21-22 iyun tarixlərində Belarusun paytaxtı Minsk şəhərinə səfər edəcək.

Nazir Minskdə keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.

Tədbir çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.