Gələn ildən Azərbaycanda qaz hasilatı artacaq
Bu il Azərbaycanda neft hasilatının 45,6 mln. ton, qaz hasilatının isə 25,3 mlrd. kubmetr təşkil edəcəyi gözlənilir. Bu barədə Azərbaycan Maliyyə Nazirliyinin dərc etdiyi ?Azərbaycanın 2012-ci ilin dövlət və icmal büdcələrinin layihələri?nin təqdimatında bildirilir.
Təqdimatda qeyd olunub ki, İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanan proqnozlara əsasən, gələn ildən etibarən təbii qaz hasilatının əvvəlki illərlə müqayisədə daha yüksək səviyyədə olacaq.
Qeyd edək ki, 2010-cu ildə Azərbaycanda 50,8 mln. ton neft və 26,2 mlrd. kubmetr qaz hasil olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19