ALP ilə ViP hakimiyyəti ölkədə gərginlik yaratmamağa çağırır
Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) birgə bəyanat verib. Bəyanatda deyilir: ?Azərbaycan hakimiyyəti son addımları ilə ölkədə sərbəst siyasi fəaliyyətə imkan verilmədiyini bir daha bütün dünyaya nümayiş etdirib. Bir neçə gün əvvəl müxalifət partiyalarının 4 fəalının azadlıqdan məhrum edilməsinin ardınca Nəsimi Rayon Məhkəməsi 2 aprel aksiyasının daha 4 gənc iştirakçısı - Elnur Məcidli, Əhəd Məmmədli, Ülvi Quliyev və Rüfət Hacıbəyli barəsində analoji hökm çıxarb?.
Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) haqqında danışılan məhkəmə qərarını ölkədə konstitusion hüquq və azadlıqların növbəti dəfə kobud şəkildə pozulması kimi qiymətləndirir. ALP ilə VİP hakimiyyəti ölkədə gərginlik yaradan addımlardan çəkinməyə, siyasi motivli həbslərə son qoymağa çağırır və müxalifət partiyalarının fəallarına yönəlik əsassız məhkəmə hökmlərinin ləğv olunmasını tələb edir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51