Məmmədyarov UNESKO baz direktorunun müavini Yanis Karklinsi qəbul edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Bakıda səfərdə olan UNESKO-nun Baş direktorunun müavini Yanis Karklinsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ölkəmizlə YUNESKO arasındakı əməkdaşlıq barədə ətraflı fikir mübadiləsi aparılıb və əlaqələrin səviyyəsindən məmnunluq bildirilib. Nazir Elmar Məmmədyarov YUNESKO-nun dünyada elm və mədəniyyətin inkişaf etdirilməsində rolunu vurğulayıb və bu istiqamətdə kifayət qədər mandata sahib olan bir institut olduğunu diqqətə çatdırıb. Görüşdə Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun dünyada elm və mədəniyyətin üzləşdiyi çağırışları cavablandırmaqda mühüm rol oynayacağı vurğulanıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50