Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) eski Müsavat partiyasının yaranmasının 100 illiyi münasibəti ilə təbrik edib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan təbrik məktubunda deyilir: ?Klassik Xalq Cəbhəsi Partiyası 20-ci əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan müstəqilliyinin qazanılmasında müstəsna xidmətləri olmuş əski Müsavat partiyasının yaradılmasının 100 illiyi münasibətilə bütün müsavatçıları, müsavat ideoloji-siyasi irsinin davamçılarını və Azərbaycan xalqını təbrik edir?.