Bu gün Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsində ?Azərbaycan Respublikasi Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikası Konstitusiyası qanunu? layihəsi müzakirə olunub. Eks-prezidentlər haqqında qanunun müzakirəsi zamanı millət vəkili Fəzail Ağamalı qanuna irad və təkliflərini səsləndirib. Millət vəkili qanunun Ayaz Mütəllibova şamil olunmasının əleyhinə olduğunu bildirib: ?Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir, Azərbaycan SSRİ-nin varisi deyil. Ayaz Mütəllibov isə sovet dövründə Azərbaycan SSR-nin prezidenti ?seçilmiş? şəxsdir və bu vəzifə də digər vəzifələr kimi Kreml tərəfindən müəyyənləşirdi. Söhbət müstəqil Azərbaycandan gedirsə sovet dövrünün nomenklaturasına müstəqil Azərbaycanın eks-prezidenti statusu verilə bilməz. Ona eks-prezident statusu səlahiyyətinin verilməsi müstəqillik uğrunda minlərlə şəhid verən Azərbaycan xalqına həqarətdir?.