Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin Siyasi Şöbəsinin müdiri Antoni Baird ilə görüşüblər. Görüşdə Azərbaycanda və regionda mövcud olan ümumi vəziyyət, Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub.