ilham Əliyev Moldovanın Baz naziri ilə görüzüb
Polşada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Moldovanın Baş naziri Vladimir Filat ilə görüşüb. Görüşdə Varşavada keçirilən Avropa İttifaqının Şərq tərəfdaşlığı sammitinin əhəmiyyəti vurğulandı.
Bu tədbirin, eyni zamanda, ikitərəfli əlaqələrin müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirildi. Siyasi münasibətlərin yaxşı səviyyədə olduğunun qeyd edildiyi görüşdə iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulandı.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı və Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat ? GUAM çərçivəsində əməkdaşlığı ilə bağlı məsələlər, eləcə də nəqliyyat, təhlükəsizlik, enerji sahələrində əlaqələrin inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı. Bundan başqa, qarşılıqlı səfərlərin, iş adamları arasında görüşlərin təşkil edilməsinin önəmi qeyd edildi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50