Müsavat Partiyasının başqanı İsa Qəmbər Ukrayna parlamentinin üzvü, ?Naşa Ukraina? Partiyasının Lvov vilayət təşkilatının sədri Vladimir Vyazivskini qəbul edib. Müsavat Partiyasının mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanda və Ukraynadakı ictimai-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb, iki ölkə arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilib. Tərəflər Ukrayna və Azərbaycanın demokratik qüvvələrinin əməkdaşlığının intensivləşdirilməsi zərurətini vurğulayıblar.