Asim Mollazadə israil səfiri ilə görüzüb
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadә İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli sәfiri Mixael Lavon Lotemlә görüşüb. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azәrbaycan-İsrail əlaqələri, ölkәmizdәki ictimai-siyasi durum, Ermənistan-Azərbaycan münaqişəsi, Yaxın Şərqdəki vəziyyət, İsrail-Fələstin münaqişəsinin həlli perspektivləri müzakirə edilib.
Asim Mollazadə səfiri İsrail xalqının milli yeni il bayramı ? Roş-Ha-Şana münasibətilə təbrik edib, ona partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51