?Parabank?ın depozit portfeli 4,39% artıb
?Parabank? ASC-nin kredit portfeli 1 sentyabr 2011-ci il tarixinə 74,03mln. manat təşkil etmişdir ki, bu da 2011-ci ilin əvvəlinə olan göstəricidən 0,83 % çoxdur. Hesabat dövrünün sonuna bank tərəfindən verilmiş istehlak kreditlərinin həcmi 39,98 mln. manat olub.
Yüksək artım tempi həmçinin bankın digər maliyyə göstəricilərində də öz əksini tapmışdır. Belə ki, bankın depozit portfeli 2011-ci ilin əvvəlinə nisbətən 4,39 % artmışdır.
Bankın qəbul etdiyi müddətli depozitlərin həcmi bu ilin 8 ayı ərzində 3,2 %, artmışdır. Depozit portfelinin 88,25 % - ni fiziki şəxslərin əmanətləri təşkil edir.
Əmanətlərin artımı, əsasən, müştərilərə təklif olunan depozit məhsullarının cəlbedici şərtləri hesabına təmin olunmuşdur.
Aktivlərin artımı 1 sentyabr 2011-ci il tarixinə 106,8 mln. manat təşkil etmişdir.
Hesabat dövrünün sonuna bankın ümumi gəlirləri 3,27 mln. manat təşkil etmişdir.
Bankın əldə etdiyi gəlirlərin 80.59 % - müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri təşkil etmişdir və hesabat dövrünün sonuna 2,63 mln. manat olmuşdur.
2011-ci ilin sentyabr ayının əvvəlinə bank tərəfindən dövriyyəyə buraxılmış plastik kartların sayı 6412 ədədi keçmişdir. 2011-ci ilin əvvəli ilə müqayisədə bu göstərici üzrə artım 36,51 %. olmuşdur. Hesabat dövrünün sonuna banka məxsus bankomatların sayı 18, bank tərəfindən ticarət və iaşə obyektlərində quraşdırılmış POS-terminalların sayı 203 ədədə çatdırılmışdır.
?Parabank? ASC plastik kart xidmətləri bazarında fəaliyyətini daha da genişləndirməyi planlaşdırır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19