Bakı və Kəndlər Birliyinin (BKB) hüquq şöbəsinin müdiri Tahir Kərimli dünən birlikdə tutduğu vəzifədən azad edilib. Bu haqda ?Turan?a birliyin sədr əvəzi Xanlar İbrahimov bildirib. O həm də T.Kərimlinin vəzifəsindən azad olunmasına dair əmri təqdim edib. Əmrdə T.Kərimlinin vəzifəsindən azad edilməsinə səbəb kimi öz işinə qeyri-ciddi yanaşması göstərilir. Bu qeyri-ciddiliyin nədən ibarət olması isə sənəddə açıqlanmır. T.Kərimli milli-azadlıq hərəkatında fəallardan biri olub. İsmayıllıda hakim işlədiyi zaman 1990-cı ilin yanvar hadisələri ilə bağlı SSRİ-nin o zamankı rəhbəri Mixail Qorbaçova ölüm hökmü çıxarıb. T.Kərimli ölkədə bu qərarı ilə tanınıb. AXC hakimiyyəti dövründə Ali Məhkəmənin sədri olub.