Populyar müğənni Günel Ələkbərova xarici görünüşündə eksperimentlər edə bilər. O, açıqlamasında deyib: "Bəziləri diqqəti üzərlərinə çəkmək üçün imiclərini dəyişirlər. Səhnədə olan insanamsa, kloun və ya tutuquşu kimi görünməyim, saçımı müxtəlif rənglərə salmağım vacib deyil. Mən saçını qırmızı və ya narıncı boyayıb özünü Ledi Qaqaya bənzətməyə çalışanları başa düşmürəm. Bilirəm ki, mənə açıq şabalıdı rəng yaraşır. Yalnız yeni imicim müzakirə olunsun deyə bu rəngi dəyişməyi düşünmürəm. Amma ola bilsin ki, saçımı nə vaxtsa sarı rəngləyəm. Amma bunun üçün sarı saçların mənə daha çox yaraşdığına əmin olmalıyam".