Elmar Məmmədyarov BMT-nin baz assambleyasının 66-cı sessiyasında iztirak edəcək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin baş assambleyasının 66-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb. Respublika XİN-dən bildirildiyi kimi, BMT-nin baş assambleyasının 66-cı sessiyasında iştirakdan əlavə, Məmmədyarov ikitərəfli görüşlər keçirəcək.
Xəbər verildiyi kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, ABŞ və Fransa) Nyu-Yorka gəlməsi və onların orada Məmmədyarovla görüşü gözlənilir.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibədə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qəbul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50