Həmsədrlərin növbəti görüzünün vaxtı və yeri açıqlanıb
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin növbəti görüşünün Nyu-Yorkda keçirilməsi planlaşdırılıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.
?Həmsədrlərin növbəti görüşünün sentyabrın 20-i tarixlərində Nyu-Yorkda BMT Baş Assamleyası çərçivəsində keçirilməsi planlaşdırılır?, - deyə A.Lukaşeviç qeyd edib.
Xatırladaq ki, həmsədrlər sonuncu dəfə sentyabrın 7-də Vyanada ? ATƏT-in mənzil-qərargahında görüşərək plan məsləhətləşmələri aparıblar.Onların təxmini iş qrafiki ATƏT-in Nazirlər Şurasının Vilnüsdə keçiriləcək dekabr iclasına qədər məyyən edilib. Həmin gün onlar Minsk qrupunun digər üzvlərinə prosesin gedişi ilə bağlı məlumat veriblər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50