Azərbaycan Maliyyə Nazirliyi 2012-ci il və sonrakı üç il üzrə dövlət büdcəsinin layihəsini Nazirlər Kabinetinə təqdim edib. Maliyyə Nazirliyinin mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, ?Büdcə sistemi haqqında? qanunun 11.15-ci maddəsi rəhbər tutulmaqla Maliyyə Nazirliyi tərəfindən hazırlanmış 2012-ci il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri Nazirlər Kabinetinə təqdim edilib.