Azərbaycan klublarına cəzalar yağdırıldı
?Xəzər Lənkəran? futbol klubu azarkeşlərinin meydançaya kənar əşyalar atması üzündən yenə ziyana düşüb. AFFA İntizam Komitəsi cənub klubunu 2000 manat cərimələyib. Bu dəfə lənkəranlı fanatlar Unibank Premyer Liqasının V turunda ?Neftçi? ilə qarşılaşmanın 72-ci və 90-cı dəqiqələrində ?fərqləniblər?.
Amma Premyer Liqanın debütantı ?Rəvan? daha böyük məbləğdə cərimə ödəyəcək. ?Bakı? ilə qarşılaşmada ?Rəvan?ın 4 futbolçusu sarı vərəqə alıb. Bu isə kluba 1000 manat cərimə bahasına başa salıb. 48-ci dəqiqədə isə ?Rəvan?ın futbolçusu Taqim Novruzov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən, Novruzov 4 oyunluq cəzalanıb, kluba daha 4 min manat cərimə kəsilib.
?Turan? da 1000 manat ziyana düşüb. Tovuz komandasının 4 futbolçusu ?Qəbələ? ilə görüşdə sarı vərəqə alıb. 84-cü dəqiqədə isə ?Qəbələ?nin məşqçisi Qari Stivens texniki zona qaydalarını pozduğuna görə meydançadan kənarlaşdırılıb. Məşqçi 1 oyunluq cəzalanıb, klub 1000 manat ziyana düşüb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11