Güləzçimiz ermənini məğlub edərək dünya çempionu oldu
Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclərarasında dünya birinciliyi keçirilir. Güləş Federasiyasının (FİLA) rəsmi saytının verdiyi məlumata görə, 50 kq çəkidə çıxış edən yunan-roma güləşçimiz Vilayət Qəhrəmanlı birinciliyinin ilk günü öz çəkisində hamıdan güclü olub.
İdmançımız müvafiq olaraq 1/8 finalda erməni idmançısı Rudik Mkrtıçyan, 1/4 finalda Gürcüstan təmsilçisi Nika Tsetkaladzeni məğlub edib.
Yarımfinalda Rusiya güləşçisi Pavel Vasilenko da güləşçimiz qarşısında aciz qalıb. Həlledici qarşılaşmada isə Vilayət Qəhrəmanlı Qazaxıstanlı Janserik Sarsenbiyevlə üz-üzə gəlib. Qarşılaşmada idmançımız hakimlərin rəqibə xəbərdarlıq etməsi nəticəsində qalib elan edilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11