Populyar müğənni Xuraman Şuşalı bildirib ki, "Allahdan nə qədər qismətdirsə, o qədər uşaq doğacaq". Lux.Az xəbər portalının verdiyi məlumata görə, o, deyib: "Heç vaxt aborta getməyəcəyəm. Övlad Allahın hədiyyəsidir. Ona görə də bu hədiyyəni sevinclə qəbul edəcəyəm". Xuraman övladına əsasən özü baxır: "Hərdən anam da, dayə də bu işi görür. Amma əsasən çalışıram ki, övladıma özüm baxım".