Vətəndaş və İnkişaf Partiyasının və Azərbaycan Liberal Partiyasının birgə bəyanat verib. MİA-ya daxil olan bəyanatda bildirilir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsində aparılan cinayət işi üzrə məhkəmə prosesində 2 aprel 2011 il "icazəsiz" mitinqində iştirak etmiş müxalifətçilərin vəkili Elçin Namazov Qanunun onun üzərinə qoyduğu tələblərə uyğun olaraq, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxslərlərin mənafeyini ardıcıl, əsaslı və prinsipial qoruduğuna görə, arqumentləri qarşısında aciz qalan məhkəmə hakimi "təhqir etmək" bəhanəsi ilə ona qarşı cinayət işi başlmış və prosesdən uzaqlaşdırıb. ALP və VİP məhkəmənin vəkil E.Namazova qarşı bu addımını analoqu olmayan siyasi özbaşınalıq və repressiya kimi dəyərləndir. Nəsimi rayon məhkəməsinin vəkil haqqında bu qərarı bir daha göstərir ki, Azərbaycanda müstəqil məhkəmə yoxdur və hakimlər başqa cür düşünənlərə qarşı siyasi repressiya icraçısına çevrilmişlər. VİP və ALP vəkil Elçin Namazova qarşı törədilən bu repressiv qərarı pisləyir, Azərbaycan hakimiyyətini vəkilin təqibinə son qoymağa və buna görə məsuliyyət daşıyan vəzifəli şəxsləri cəzalandırmağa çağırır.