Eynulla Fətullayev Dunya Myatoviçlə görüzüb
Vyanada səfərdə olan ?İnsan Haqları Uğrunda? İctimai Hərəkatın sədri Eynulla Fətullayev ATƏT-in söz azadlığı üzrə komissarlığının ofisində komissar Dunya Myatoviç başda olmaqla qurumun heyəti ilə görüşüb.
MIA-nın məlumatına görə, görüşdə Eynulla Fətullayev Azərbaycanda söz azadlığının durumu, gənc fəallar Cabbar Savalanlının, Bəxtiyar Hacıyevin həbsləri, ?Azadlıq? qəzetinin saytının dağıdılması barədə qarşı tərəfi məlumatlandırıb. Görüş Dunya Myatoviçin ad gününə təsadüf etdiyindən E. Fətullayev onu təbrik edib, öz növbəsində komissar ?mənim üçün ən böyük hədiyyə sənin azadlıqda olmağındır? deyə bildirib.
E. Fətullayev daha sonra Sərhədsiz Reportyorlar Təşkilatının Avstriya nümayəndəliyində olub və Azərbaycan mətbuatının vəziyyəti barədə müzakirələr aparıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51