Bu gün Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin siyasət şöbəsinin müdiri Antoni Bayirdi qəbul edib. Görüşdə Azərbaycanla ABŞ arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Görüş iştirakçıları iki ölkə arasında hazırkı əlaqələrin yüksək səviyyədə olduğunu və münasibətlərin inkişafında maraqlı olduqlarını ifadə edib. Görüşdə YAP İcra katibinin müavini Siyavuş Novruzov da iştirak edib.