Əli Kərimli Əli insanovun qohumları ilə gizli görüzdən imtina edib
Hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun yaxınları mütəşşəkili formada ictimai-siyasi fəaliyyətə başlamaq istəyirlər. Bu barərə Müstəqil İnformasiya Agentliyinə keçmiş nazirin adının çəkilməsini istəməyən yaxın qohumlarından biri məlumat verib.
Bizi bilgiləndirən şəxs deyib ki, aktivləşmək istəkləri Ə.İnsanova qarşı təcridxanada təzyiqlərin daha da artması ilə bağlıdır: ?Daha mütəşəkkil fəaliyyət göstərmək üçün aparıcı müxalifət partiyaları ilə əməkdaşlıq etməyi də qərara almışıq. Bununla bağlı AXCP sədri Əli Kərimli ilə də görüşüb, keçmiş nazirin hüquqlarının müdafiəsi, onun yaxın ətrafının ictimai-siyasi proseslərdəki fəaliyyətinə dəstəyin verilməsi ilə bağlı müzakirə aparmaq istəyirdik. Hətta Əli Kərimli ilkin mərhələdə görüşə razılıq verdi. Amma sonradan hansısa səbəbdən görüşdən imtina etdi?.
Mənbə onu da vurğulayıb ki, AXCP sədri hakimiyyətin ona qarşı daha sərt mövqe nümayiş etdirəcəyindən və hansısa yeni repressiv planının işə düşə biləcəyindən ehtiyatlandığı üçün görüşdən imtina edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51