Bu gün Türkiyə prezidenti Abdullah Gülün Rusiyaya səfəri başlayır. Türkiyə dövlət başçısı səfər çərçivəsində sentyabrın 7-8-də Yaroslavlda keçiriləcək Qlobal Siyasi Forumda iştirak edəcək. Qlobal Siyasi Forumda Almaniya kansleri Angela Merkel və Latviyanın sabiq prezidenti Valdis Zatlersin də iştirak edəcəyi gözlənilir. Qeyd edək ki, forum çərçivəsində Türkiyə prezidenti Abdullah Gülün rusiyalı həmkarı Dmitri Medvedev və Almaniya kansleri Angela Merkellə görüşü gözlənilir. Gül-Medvedev görüşü zamanı bir sıra məsələlərlə yanaşı, Qarabağ münaqişəsi, İranın nüvə problemi, eləcə də Əfqanıstan, İraq, Livan, Misir və Suriyadakı vəziyyət diqqət mərkəzində olacaq.