Liviya lideri Müəmmar Qəddafi ölkəni tərk edir. "Reuters" agentliyi Nigeriyada olan fransız hərbi mənbələrinə istinadən yazıb ki, Liviya zirehli texnikasının mühafizə dəstəsi nigeriyalı hərbçilərin müşayiəti ilə Aqades şəhərinə gəlib. 200 və ya 250 cüt Liviya hərbi texnikası, eləcə də Liviya zabitlərindən ibarət mühafizə dəstəsi Nigeriyaya daxil olmazdan öncə Əlcəzairlə sərhədi keçib. Fransız mənbəsinin məlumatına görə, Müəmmar Qəddafi və onun oğlu Səif əl-İslam Nigeriya ilə sərhəddə yerləşən Burkina Fasoya gedən yolda həmin mühafizə dəstəsinə qoşula bilər. Qeyd edilir ki, Burkina Faso Qəddafi və onun ailəsinə məxsus sığınacaqdır. Xatırladaq ki, bir müddət öncə Qədafinin nümayəndəsi Musa İbrahim demişdi, o, Liviyadadır və özünü yaxşı hiss edir. Onun sözlərinə görə, Qəddafinib oğlu Səif əl İslam da Liviyadadır və tez-tez bir yerdən başqa yerə gedir.