ALP və ViP birgə bəyanat verdilər
ALP və VİP-in Iranda baş verən son olaylarla bağlı birgə bəyanat verib. MİA-ya daxil olan bəyanatda bildirilir ki, uzun illərdir azərbaycanlıların sıx yaşadığı bölgədə yerləşən Urmu gölünün qurumasına biganə qalan İran hakimiyyətinin siyasətinə etiraz edən azərbaycanlılar Təbriz, Urmiyə, Ərdəbil və sair şəhərlərdə dinc aksiyaları keçirilmişdir.
Beynəlxalq hüquqa və öz Qanunlarına zidd olaraq İran İslam Respublikasının
hakimiyyəti dinc etirazçıların qaldırdığı azərbaycanlıların yaşamı üçün
mühüm olan ekoloji problemin həlli əvəzinə, dinc nümayişçilərə qarşı kobud
zor tətbiq etmiş, minlərlə insan döyülmüş, müxtəlif ciddi bədən xəsarəti
almış və həbs edilmişdir. 7 dinc azərbaycanlının ölümü haqqında xəbər daxil
olmuşdur.
ALP ilə VİP İran hakimiyyətinin azərbaycanlılarına qarşı bu cür davranışını
yolverilməz sayır və buna görə son dərəcə narahatdır.
ALP ilə VİP hesab edirlər ki, azərbaycanlılarının vətəndaş hüquqlarının İran
iqtidarı tərəfindən təminatı Azərbaycan-İran münasibətlərinə təsir edən ən
vacib amildir və bunu unutmaq olmaz.
ALP ilə VİP İran hakimiyyətini həbs olunmuş bütün nümayişçiləri dərhal azad
etməyə, azərbaycanlılara qarşı repressiyalara son qoymağa, dinc azərbaycanlı
nümayişçilərin ölümündə, onların həbsində və bədən xəsarəti almasında günahı
olan bütün şəxsləri cəzalandırmağa çağırır.
ALP və VİP Azərbaycan Respublikası və demokratik dövlətlərin hakimiyyətini,
Azərbaycan cəmiyyətini və beynəlxalq ictimaiyyəti İran azərbaycanlılarının
hüquqlarını müdafiə etməyə çağırırlar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51