06 sentyabr 2011-ci il tarixində saat 11:00-da Dünya Azərbaycanlıları Konqresi (DAK) və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin təşkilatçılığıyla xalq yazıçısı Mirzə İbrahimovun 100 illiyinə həsr olunmuş ?Mirzə İbrahimov-100? adlı yığıncaq keçiriləcək. Tədbiri giriş sözüylə DAK həmsədri, xalq şairi Sabir Rüstəmxanlı açacaq. Məruzəçi isə tarix elmləri doktoru, professor Cəmil Həsənlidir. Çıxışçılar filologiya elmləri doktoru, professor Teymur Əhmədov, filologiya elmləri doktoru Rəhim Əliyev, filologiya elmləri doktoru Şirindil Alışanov və filologiya elmləri doktoru Nazif Qəhrəmanlıdır.