Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 5-6-da Serbiyaya səfər edəcək. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib. Serbiya Respublikasına səfəri çərçivəsində nazir Məmmədyarovun Qoşulmama Hərəkatının 50-illiyinə həsr olunmuş əlavə yubiley tədbirində iştirakı, tədbir zamanı çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.