Dalğa Gənclər Hərəkatı iran səfirliyi qarzısında aksiya keçirib
Bu gün saat 14:00`da Dalğa Gənclər Hərəkatı İran səfirliyi qarşısında etiraz aksiyası keçirib. Hərəkatın mətbuat xidmətindən verilən məlumata görə, aksiyanın keçirilməsinə səbəb Urmiya gölünün qurudulması və İranda yaşayan azərbaycanlıların həbs olunması və zorakılıqla üzləşməsi, işgəncələrə məruz qalması olub.
Aksiya zamanı 20-ə yaxın Dalğaçı iştirak edib. Dalğaçılar Xəzər dənizindən doldurulmuş suyu İran səfirliyi qarşısına qoyaraq, ?Xəzərdən Urmiyaya su? şüarını səsləndiriblər.
Polis Aksiya iştirakçılarının səfirliyin qarşısına keçməsinə imkan verməyib.
Aksiyaya zamanı həbs olunan olmayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51