Prezident İlham Əliyev görkəmli aktyor Yaşar Nurinin ?Şöhrət? ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə Yaşar Məmmədsadıq oğlu Nuriyev ?Şöhrət? ordeni ilə təltif edilsin".