Bu gün Göyçay Rayon Məhkəməsində hüquq müdafiəçisi, İctimai Palatanın Təhqiqat Qrupunun sədri, sabiq deputatlığa namizəd Vidadi İsgəndərlinin işi üzrə məhkəmə prosesi davam etdirilib. Hüquq müdafiəçisinə hökm oxunub. Hakim onun 3 il müddətindən azadlıqdan məhrum edildiyini elan edib. Qeyd edək ki, hökm oxunan zaman V.İsgəndərli ayağa qalxmayıb və arxasını hakimə çevirib.