Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizə işgüzar səfərə gəlmiş Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Ukrayna Prezidentinin Azərbaycana sonuncu səfəri zamanı tərəflər arasında əldə olunmuş razılıqların həyata keçirilməsi, iqtisadi və enerji sahələrində, eyni zamanda GUAM çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.